Neft Fondunun Parisdəki əmlakından gəliri azalıb

Neft Fondunun Parisdəki əmlakından gəliri azalıb Neft Fondunun Parisdəki əmlakından gəliri azalıb
Biznes
9 İyul , 2020 17:00
Neft Fondunun Parisdəki əmlakından gəliri azalıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Fransadakı daşınmaz əmlakdan 10,503 mln manat icarə gəliri əldə edib.

“Report” xəbər verir ki, bu barədə Neft Fondunun 2019-cu il üzrə auditi aparılmış Konsolidasiya Edilmiş Maliyyə Hesabatlarında qeyd edilib.

Bu isə 2018-ci ildən 1,85% azdır.

Fondun bu investisiyadan mənfəəti isə 8,850 mln manat (39,6% az) olub.

Bildirilib ki, bu vəsaitlər Fondun vergidən əvvəlki xalis mənfəətinə/(zərərinə) yönəldilib. Xalis mənfəətə 4,361 mln manat məbləğində ədalətli dəyər üzrə artım (2018-ci ildə 9,912 mln manat məbləğində artım) daxildir.

Fond 2013-cü il martın 19-da Parisin Vandom Meydanı 8 ünvanında yerləşən, dəyəri 135 mln avro olan müxtəlif təyinatlı ofis, ticarət və yaşayış kompleksini satın alıb.

Son xəbərlər

Orphus sistemi