Nazirlik: Xarici bankların plastik kartlarından ƏDV tutulmayacaq

Nazirlik: Xarici bankların plastik kartlarından ƏDV tutulmayacaq Xarici bankların plastik kartları ilə e-ticarət qaydasında iş və xidmətlərə görə ödənişlərdən vergi tutulmayacaq
Biznes
24 Yanvar , 2017 16:58
Nazirlik: Xarici bankların plastik kartlarından ƏDV tutulmayacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ Xarici banklara məxsus plastik kartlar vasitəsilə elektron ticarət qaydasında iş və xidmət alınan zaman aparılan ödənişlərdən verginin tutulması Vergi Məcəlləsində nəzərdə tutulmayıb. Bunu “Report”un sorğusuna cavab olaraq Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildiriblər. 

Qurumun açıqlamasında deyilir ki, elektron ticarət qaydasında qeyri-rezidentlərdən alınan xidmətlərə görə ƏDV yalnız Azərbaycanda qeydiyyatda olan bankların kartlarından tutulacaq: “Azərbaycanda daimi nümayəndəliyi olmayan qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman ƏDV alıcının yerli bank, xarici bankın Azərbaycandakı filialı və poçt rabitəsinin milli operatorunda açılmış hesabından tutulur”.

Son xəbərlər

Orphus sistemi