"Ötən il Azərbaycanın qeyri-neft sənayesi ixracının qeyri-neft ixracında payı 67%-dən çox olub".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov bildirib.
"Ölkəmizdə qeyri-neft sənayesinin inkişafı bu sahənin iqtisadi artımda rolunun artmasına mühüm təkan verir", - deyə o, qeyd edib.