Nazir müavini: "İqtisadiyyat pandemiyadan sonra gözləniləndən çox artıb"

Nazir müavini: "İqtisadiyyat pandemiyadan sonra gözləniləndən çox artıb" "Azərbaycan iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyasından sonra nəinki bərpa olunub, hətta gözləniləndən də çox artıb"
Milli Məclis
25 May , 2022 12:02
Nazir müavini: İqtisadiyyat pandemiyadan sonra gözləniləndən çox artıb

"Azərbaycan iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyasından sonra nəinki bərpa olunub, hətta gözləniləndən də çox artıb"

“Report”un xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevind Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Bundan başqa, onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindəki qələbədən sonra ölkəmiz yeni mərhələyə qədəm qoyub, işğaldan azad edilmiş ərazilərlə Azərbaycan iqtisadiyyatında yeni imkanları yaranıb.

Son xəbərlər

Orphus sistemi