Nazir müavini: "İlk dəfə dövlət və özəl sektorda əmək müqavilələrinin sayı bərabər olub"

Nazir müavini: "İlk dəfə dövlət və özəl sektorda əmək müqavilələrinin sayı bərabər olub" Azərbaycanın müstəqillik tarixində ilk dəfə dövlət və özəl sektorda bağlanılan əmək müqavilələrinin sayı bərabərləşib.
Biznes
21 iyun 2023 08:17
Nazir müavini: İlk dəfə dövlət və özəl sektorda əmək müqavilələrinin sayı bərabər olub
Elnur Əliyev

Azərbaycanın müstəqillik tarixində ilk dəfə dövlət və özəl sektorda bağlanılan əmək müqavilələrinin sayı bərabərləşib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində bildirib.

"Bu, iqtisadiyyatın şaxələndirilməsi baxımından vacibdir. Eyni zamanda, bu fakt ölkədə özəl sektorun əhəmiyyətini və imkanlarını vurğulayır. Özəl müəssisələrin sayının davamlı artımı və inkişafı onların Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynamasından xəbər verir. Bu tərəqqi dövlət və özəl sektor arasında əməkdaşlıq üçün yeni perspektivlər açır, ölkənin iqtisadi sabitliyinə və yüksəlişinə töhfə verir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi