Nazir müavini: "Hökumətin biznes fəallığı ilə bağlı qərarları gözlənilir"

Nazir müavini: "Hökumətin biznes fəallığı ilə bağlı qərarları gözlənilir" “Bildiyiniz kimi bu yaxınlarda cənab prezidentin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən sahibkarlıq subyektlərinə pandemiya dövründə dəymiş zərərin minimuma endirilməsi və məşğulluğun qorunması məqsədi ilə yeni maliyyə dəstəyi ilə bağlı qərar
Biznes
341
8 Avqust , 2020 11:56
Nazir müavini:  Hökumətin biznes fəallığı ilə bağlı qərarları gözlənilir
Rövşən Nəcəf

“Bildiyiniz kimi bu yaxınlarda cənab prezidentin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən sahibkarlıq subyektlərinə pandemiya dövründə dəymiş zərərin minimuma endirilməsi və məşğulluğun qorunması məqsədi ilə yeni maliyyə dəstəyi ilə bağlı qərar verilmişdi”.

“Report” xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, bu qərara görə, vergi ödəyicilərinə onların ştat sayına uyğun olaraq aylıq əməkhaqqı məbləğöində ödənişlər, eyni zamnada kiçik və fərdi sahibkarlara ən çox zərərçəkmiş hissəsinə 250 manat yardım edilməsi ilə bağlı qərar təsdiq olunub. 

“Bununla yanaşı dövlət mütəmadi olaraq sahibkarlarla görüşür və onların ehtiyaclarını, təkliflərini dinləyir. Dünən iqtisadiyyat nazirinin iştirakı ilə sahibkarlarla görüş keçirilmişdi. Görüşdə bir sıra məsələlər müzakirə edilmişdi, o cümlədən bizneslərə dəstək göstərilməsi, bizneslərin açılması istiqamətində məsələlər də geniş müzakirə olunmuşdu. Bir daha qeyd etmək istərdim ki, hazırda hökumət biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparır və ardıcıl olaraq qərarlar verilməsi gözlənilir. Yenə də hər şey asılı olacaq sosial-epidemioloji vəziyyətdən. Bizim sahibkarlıq subyektlərinin, vətəndaşların qaydalara necə əməl etməsindən və hazırda əldə etdiyimiz çox müsbət trendin qorunub saxlanılmasından asılı olaraq bu qərarlar veriləcək”, - deyə o, qeyd edib. 

Orphus sistemi