Nazir müavini: "Dövlət satınalmaları haqqında” yeni qanun tenderlerin daha şəffaf keçirilməsinə imkan verəcək"

Nazir müavini: "Dövlət satınalmaları haqqında” yeni qanun tenderlerin daha şəffaf keçirilməsinə imkan verəcək" Azərbaycanda ötən ilin sonunda dəyişdirilmiş “Dövlət satınalmaları haqqında” qanun tenderlərin daha şəffaf keçirilməsinə, satınalma xərclərinin azalmasına imkan verəcək.
Biznes
5 aprel 2019 07:10
Nazir müavini: Dövlət satınalmaları haqqında” yeni qanun tenderlerin daha şəffaf keçirilməsinə imkan verəcək
Niyazi Səfərov
0 : 00
0 : 00

"Azərbaycanda ötən ilin sonunda dəyişdirilmiş “Dövlət satınalmaları haqqında” qanun tenderlərin daha şəffaf keçirilməsinə, satınalma xərclərinin azalmasına imkan verəcək". 

“Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət-Biznes Dialoqu Platforması və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Portalının təqdimatı” mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, yeni qanunla müraciətlərə baxılma müddəti 30 gündən 20 günə endirilib. Bu il martın 1-dən isə tender.gov.az ünvanında fəaliyyət göstərən dövlət satınalmalarının vahid internet portalı işə düşüb: “Bununla da, malgöndərənlərin siyahısını əldə etmək mümkün olub. Bu isə bir daha şəffaflığa xidmət edir".

Son xəbərlər

Orphus sistemi