Nazir müavini: “Azərbaycan narı Ermənistan məhsulu adı altında xarici bazara çıxarıla bilməz"

Nazir müavini: “Azərbaycan narı Ermənistan məhsulu adı altında xarici bazara çıxarıla bilməz" Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan narı Ermənistan məhsulu adı altında xarici bazara çıxarıla bilməz.
Biznes
16 Mart , 2018 15:22
Nazir müavini: “Azərbaycan narı Ermənistan məhsulu adı altında xarici bazara çıxarıla bilməz
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev / Report

Bakı. 16 mart. REPORT.AZ/ "Azərbaycan narı Ermənistan məhsulu adı altında xarici bazara çıxarıla bilməz".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, ixrac edilən məhsulun mənşə sertifikatı olur: “Kifayət qədər ciddi nəzarət edilir. Yalnız pərakəndə satış zamanı nə isə ola bilər. Heç kim bundan siğortalanmayıb. Bir çox ixracatçılar məhsullarının üzərinə sertifikat vurur. Bir qədər əvvəl Azərbaycanın almaları Gürcüstan vasitəsilə Ermənistana satılıb. Bunun özü müsbət haldır, Azərbaycan məhsullarının rəqabətqabiliyyətli olduğunu göstərir və Ermənistan iqtisadiyyatında nöqsanlar olduğunu sübut edir”. 

Son xəbərlər

Orphus sistemi