Nazir: "İqtisadiyyat pandemiyadan sonra həddindən çox sürətlə bərpa olunub"

Nazir: "İqtisadiyyat pandemiyadan sonra həddindən çox sürətlə bərpa olunub" Azərbaycan iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyasından sonra həddindən çox sürətlə bərpa olunub və bu tendensiya davam edir.
Biznes
25 Aprel , 2022 12:18
Nazir: İqtisadiyyat pandemiyadan sonra həddindən çox sürətlə bərpa olunub

Azərbaycan iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyasından sonra həddindən çox sürətlə bərpa olunub və bu tendensiya davam edir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“2021 -ci ilin nəticələrinə görə, iqtisadiyyatın bütün əhəmiyyətli sahələrində ümumi daxili məhsulun (ÜDM) artım tempi, sənaye istehsalının artım tempi, qeyri-neft iqtisadiyyatının artım tempi, qeyri neft ixracının artım tempi və 2022-ci ildə onların sürətlənlməsi onu göstərir ki, dövlətin keçirdiyi siyasət istənilən nəticəni verir. Bu o demək deyil ki, biz bütün problemləri həll etmişik. Yəqin ki, heç bir zaman belə gözlənti olmayacaq. Cəmiyyət olduqca, çağırışlar və problemlər olacaq. Biz bu gün nəyi vacib görürük? Sahibkarların fəaliyyətlərin daha da genişləndirilməsi üçün sərmayələrin təşviqi üçün dövlətdən hansı gözləntiləriniz var? Bizim baxışımız maliyyəyə çıxış, dövlətin yeni bazarlara çıxış imkanlarını yaxşılaşdırması, gömrük rüsumlarının, texniki qaydaların daha da yaxşılaşdırılmasıdır".

Son xəbərlər

Orphus sistemi