Maksim Oreşkin: "Azərbaycan-Rusiya iqtisadi əlaqələri yüksək keyfiyyətli dialoqla xarakterizə olunur"

Maksim Oreşkin: "Azərbaycan-Rusiya iqtisadi əlaqələri yüksək keyfiyyətli dialoqla xarakterizə olunur" Bu gün Moskvada işə başlayan X Rusiya-Azərbaycan Regionlararası Forumu Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edəcək.
Biznes
22 Noyabr , 2019 13:09
Maksim Oreşkin: Azərbaycan-Rusiya iqtisadi əlaqələri yüksək keyfiyyətli dialoqla xarakterizə olunur

"Bu gün Moskvada işə başlayan X Rusiya-Azərbaycan Regionlararası Forumu Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edəcək".

"Report" xəbər verir ki, bunu "Moskva-Bakı" portalına müsahibəsində Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələr yüksək keyfiyyətli dialoq və qarşılıqlı faydalı həllər axtarmağa hazırlıqla xarakterizə olunur. Bundan əlavə, M.Oreşkinin fikrincə, mövcud iqtisadi əlaqələrin səviyyəsinin artırılması ilə bağlı işgüzar dairələrin, müəssisələrin, kommersiya təşkilatlarının obyektiv tələbatı var.

"Bu baxımdan Rusiya-Azərbaycan Regionlararası Forumu, fikrimcə, hökumət və biznes nümayəndələri arasında ünsiyyət üçün əla platformadır. Forum işimizi əlaqələndirməyə, qarşılıqlı ehtiyacları daha yaxşı anlamağa və mövcud problemlərin operativ şəkildə həll etməyə kömək edəcək. Əminəm ki, tədbir ticari-iqtisadi əlaqələrimizin genişləndirilməsinə, eləcə də həqiqi dost münasibətlərin möhkəmləndirilməsinə yardım edəcək. Müzakirələr, şübhəsiz ki, nəticə verəcək və forumda səsləndirilən fikirləri mütləq nəzərə alacağıq" - nazir bildirib.

Onun sözlərinə görə, yalnız bu ilin 8 ayı ərzində ölkələr arasında ümumi ticarət dövriyyəsi 25,7% artaraq 1,9 milyard dollar səviyyəsini keçib: "Rusiya məhsullarının ixracı 30,7% artaraq 1,4 milyard dollar, Azərbaycan məhsullarının idxalı isə 14,5% artaraq 546,7 milyon dollar təşkil edib".

Son xəbərlər

Orphus sistemi