Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu cüzi artıb

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu cüzi artıb Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR xarici ölkələrlə 386,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb
Biznes
24 Noyabr , 2020 18:00
Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu cüzi artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR xarici ölkələrlə 386,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,6 % çoxdur.

Son 1 ildə muxtar respublikanın ixracının dəyəri 1,6 % artaraq 334,1 milyon ABŞ dolları, idxalının dəyəri isə 6 % artaraq 52,8 milyon ABŞ dolları olub.

Son nəticədə xarici ticarətdə 281,3 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 0,02 % çoxdur.

Son xəbərlər

Orphus sistemi