Naxçıvanın xarici ticarət dövriyyəsi cüzi artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi cüzi artıb Son 1 ildə muxtar respublikanın ixracının dəyəri 0,8%, idxalının dəyəri isə 0,9% artıb
Biznes
11 Sentyabr , 2020 13:33
Naxçıvanın xarici ticarət dövriyyəsi cüzi artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 328,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.

Son 1 ildə muxtar respublikanın ixracının dəyəri 0,8% artaraq 288 milyon ABŞ dolları, idxalının dəyəri isə 0,9% artaraq 40,1 milyon ABŞ dolları təşkil edib.

Son nəticədə Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 248,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,8% çoxdur.

Son xəbərlər

Orphus sistemi