Naxçıvanda yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3 dəfədən çox artıb

Naxçıvanda yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3 dəfədən çox artıb Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da tətbiq edilən müasir vergi inzibatçılığı və şəffaflaşma nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə artaraq 1 619-a çatıb.
Biznes
10 avqust 2023 09:54
Naxçıvanda yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3 dəfədən çox artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da tətbiq edilən müasir vergi inzibatçılığı və şəffaflaşma nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə artaraq 1 619-a çatıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrünə nisbətən aktiv nəzarət kassa aparatı olan vergi ödəyicilərinin sayı 7,8 %, vergi daxilolmaları isə 3,4 dəfə və ya 2,2 milyon manat artıb.

Son xəbərlər

Orphus sistemi