Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfədən çox artıb

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfədən çox artıb Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da 2 457 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Biznes
23 iyun 2023 07:41
Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da 2 457 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Qeydiyyata alınmış vergi ödəyicilərinin 87,7 %-i fiziki, 12,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb.

5 ay ərzində kommersiya qurumlarının 50 %-i elektron qaydada, 50 %-i isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

Son xəbərlər

Orphus sistemi