Naxçıvanda özəlləşdirmədən daxilolmalar 16 dəfə artıb

Naxçıvanda özəlləşdirmədən daxilolmalar 16 dəfə artıb Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 648,3 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.
Biznes
8 aprel 2024 11:26
Naxçıvanda özəlləşdirmədən daxilolmalar 16 dəfə artıb

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 648,3 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

"Yanvar-mart aylarında muxtar respublikada 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və 1 mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi