Naxçıvanda kommersiya qurumlarının 61,3 %-i elektron qaydada qeydiyyata alınıb

Naxçıvanda kommersiya qurumlarının 61,3 %-i elektron qaydada qeydiyyata alınıb Naxçıvan Muxtar Respublikasında kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb.
Biznes
15 iyul 2024 14:59
Naxçıvanda kommersiya qurumlarının 61,3 %-i elektron qaydada qeydiyyata alınıb

Naxçıvan Muxtar Respublikasında kommersiya qurumlarının 61,3 %-i elektron qaydada qeydiyyata alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 3 567 yeni vergi ödəyicisi qeydiyyata düşüb.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, onların 3 404-ü fiziki, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20,6 % artıb.

Cari ilin 6 ayında kommersiya qurumlarının 61,3 %-i elektron qaydada, 38,7 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota götürülüb.

Son xəbərlər

Orphus sistemi