Naxçıvanda ixrac məhsullarının gömrük yoxlamaları sadələşdiriləcək

Naxçıvanda ixrac məhsullarının gömrük yoxlamaları sadələşdiriləcək İstehsal olunan məhsulların ixrac potensialı artırılacaq
Biznes
29 Mart , 2021 12:36
Naxçıvanda ixrac məhsullarının gömrük yoxlamaları sadələşdiriləcək
0 : 00
0 : 00

Naxçıvanda ixracyönümlü məhsul istehsalçı­larına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələş­dirilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda qeyd edilib.

Məlumata görə, Naxçıvanın İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi bu istiqamətdə işlər həyata keçirəcək.

Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi