Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 24 % artaraq 19 219 olub.
Bu barədə "Report"un yerli bürosuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 22 % artaraq 522-yə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 2 % artaraq 5 432-yə çatıb.