Naxçıvana həsr olunmuş “Caspian Energy” jurnalının təqdimatı keçiriləcək

Naxçıvana həsr olunmuş “Caspian Energy” jurnalının təqdimatı keçiriləcək Bakı. 9 aprel. REPORT.AZ/ “Caspian Energy İnternational Media Group” və “Caspian European Club” Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi ilə birgə “Caspian Energy” jurnalının Naxçıvan MR-nin lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatını təşkil edəcək.
Biznes
9 Aprel , 2018 11:35
Naxçıvana həsr olunmuş “Caspian Energy” jurnalının təqdimatı keçiriləcək

Bakı. 9 aprel. REPORT.AZ/ “Caspian Energy İnternational Media Group” və “Caspian European Club” Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi ilə birgə “Caspian Energy” jurnalının Naxçıvan MR-nin lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatını təşkil edəcək. 

Bu barədə “Report”a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

T.Əliyevin sözlərinə görə, jurnalın təqdimatı aprelin 17-də keçiriləcək.

O qeyd edib ki, təqdimatda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin “Caspian European Club” üzv şirkətlərinin və idarə heyətinin üzvləri iştirak edəcəklər.

“Bu reytinqdə regionlar 18 parametr üzrə 6 qrupa bölünüblər: sosial-demoqrafik xüsusiyyətlər, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı”, - o söyləyib.

T.Əliyev əlavə edib ki, “Caspian Energy" jurnalının bu nömrəsi həmçinin dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, dövlət və transmilli şirkət rəhbərlərinə, beynəlxalq maliyyə institutlarına, aparıcı analitik mərkəzlərinə, investisiya şirkətlərinə və reytinq agentliklərinə təqdim olunacaq.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi