“Myshops” artıq Sumqayıtda!

“Myshops” artıq Sumqayıtda! Azərbaycanda elektronika mallarının satışı üzrə liderlərdən biri olan “Myshops” MMC sentyabrın 2-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29 ünvanında yerləşən mağazasının açılış mərasimini keçirib.
Biznes
3 sentyabr 2022 13:43
“Myshops” artıq Sumqayıtda!

Azərbaycanda elektronika mallarının satışı üzrə liderlərdən biri olan “Myshops” MMC sentyabrın 2-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29 ünvanında yerləşən mağazasının açılış mərasimini keçirib.

“Myshops”ın həmtəsisçilərindən biri olan Fariz Sultan-Əhmədi “Report”a açıqlamasında deyib ki, bu mağazada həyatı asanlaşdıracaq "ağıllı" texnologiyalar təklif olunur:

“Mağazanın sahəsi 200 kvadratmetr təşkil edir ki, bu da alıcılara rahat alış-veriş etməyə imkan yaradacaq. Burada kiçik və böyük məişət texnikası, müasir smartfonlar, ən yeni kompüterlər satılır. Alınan mallar 24 saat ərzində ödənişsiz çatdırılır. “Myshops” ın rəsmi saytında satılan istənilən növ məhsulu Sumqayıtda yerləşən mağazamıza yaxınlaşıb sifariş vermək mümkündür. Həmin məhsul mağazada olmasa belə tez bir zamanda alıcıya təqdim edilir. Ümumiyyətlə isə, geniş çeşidli məhsullarımızla alıcıların qarşısına çıxırıq. İstənilən brendin son modeli bizdə mövcuddur. Əsas məqsədimiz müştəri məmnuniyyətini qorumaqdır".

Rahat kredit şərtləri

Onun sözlərinə görə, mağazadan heç kimin əliboş qayıtmaması üçün mallar ən sadə şərtlərlə kreditlə verilir: “Buradakı bütün mallara faizsiz kredit şərtləri tətbiq edilir. “MyShops”dan alış-veriş etmək üçün kredit və debet kartlardan da istifadə etmək olar. O cümlədən "BolKart", "BirKart" kimi taksit kartları ilə ödəniş etmək mümkündür. Həmçinin 3/6/12/24 ay müddətinə ilk ödənişsiz və komissiyasız istənilən malın kreditə alınması mümkündür. Onu da deyim ki, məhsullarımız ucuz və yüksək keyfiyyəti olması ilə seçilir”.

“Myshops” Azərbaycanda "Apple" şirkətinin ilk resselleridir

Həmtəsisçi vurğulayıb ki, “Myshops” Azərbaycanda Apple şirkətinin səlahiyyətli resselleridir və onların məhsullarının satışını istehsalçıdan illik zəmanətlə həyata keçirir: “Bütün mağazalarımızda bütün növ "Apple" smatfonları var. Həmçinin, bizim serviz mərkəzlərimiz də fəaliyət göstərir. Bu isə alıcılara hər hansı bir problem olduğu təqdirdə bizə rahat üz tutmaqlarına imkan yaradır. İstənilən "Apple" cihazları ilə bağlı bizə müraciət etdiyiniz halda "Myservice" sizi qəbul edir, bu cihazlar "Apple" şirkətinə təqdim edilir". "Xiaomi"nin , "Realme"nin, "Huawei"in rəsmi tərəfdaşıyıq, bununla da biz bu məhsulların servisini təşkil edib, ehtiyat hissələrini də yenidən sifariş edə bilirik".

“Myshops” rəsmisi qeyd edib ki, "Apple" ilə yanaşı, şirkət bir sıra smartfonların Azərbaycana ilk rəsmi idxalçılardan biridir, məsələn, Samsung, Xiaomi, Nokia, Meizu, Realme və s. Bütün telefonlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində sertifikatlaşdırma və qeydiyyatdan keçib.

"Yeni televizor almaq istəyənlər rahatlıqla mağazamıza üz tuta bilərlər. Burda LG , Xiomi, Samsung, Hisense markalı TV-lər satılır", - deyə o, əlavə edib.

Fariz Sultan-Əhmədi gələcək planları barədə də danışıb: "Bu ilin sonuna qədər ölkədə mağazalarımızın sayını 10-a çatdırmağı hədəfləyirik. Azərbaycanın böyük şəhərlərində mağazalar açmağı planlaşdırırıq. Şirkət satış və xidmət sahəsində çox illik təcrübəyə malikdir. "My Shops General Trading LLC"in baş ofisi (757766 nömrəli lisenziya) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir. İstənilən mobil qurğuların və ofis texnikasının həm pərakəndə, həm də topdan satışı həyata keçirilir. Bu gün alıcılarımız üçün satışlar 3 konseptual mağazada - Azadlıq prospekti, 132A, Nizami küçəsi, 166B və BülBül prospekti, 38a ünvanlarında həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi