Mukan Abdiyev: Azərbaycan Qazaxıstandan ildə təqribən 600 min ton taxıl idxal edir - VİDEO

Mukan Abdiyev: Azərbaycan Qazaxıstandan ildə təqribən 600 min ton taxıl idxal edir - VİDEO Bakı. 13 sentyabr. REPORT.AZ/ Qazaxıstan ilin əvvəlindən 5 milyon tondan çox taxıl ixrac edib. Onun böyük hissəsi Rusiya, Çin, İran və Orta Asiya ölkələrinə göndərilib. Uzunmüddətli fasilədən sonra Türkmənistan da alıcılar sırasına geri dönüb. Bu ölkə ildə təqribən 100 min ton taxıl alır. Eyni zamanda Azərbaycan da kifayət qədər böyük həcmdə taxıl alıcısıdır.
Biznes
13 Sentyabr , 2018 08:37
Mukan Abdiyev: Azərbaycan Qazaxıstandan ildə təqribən 600 min ton taxıl idxal edir - VİDEO

Bakı. 13 sentyabr. REPORT.AZ/ Qazaxıstan ilin əvvəlindən 5 milyon tondan çox taxıl ixrac edib. Onun böyük hissəsi Rusiya, Çin, İran və Orta Asiya ölkələrinə göndərilib. Uzunmüddətli fasilədən sonra Türkmənistan da alıcılar sırasına geri dönüb. Bu ölkə ildə təqribən 100 min ton taxıl alır. Eyni zamanda Azərbaycan da kifayət qədər böyük həcmdə taxıl alıcısıdır.

“Report” xəbər verir ki, bu barədə yerli "Xabar-24" telekanalının efirə gedən məlumatında deyilir.

"Azərbaycan da kifayət qədər böyük həcmdə taxıl alıcısıdır. Onların aldığı məhsulun həcmi təxminən 600 min ton təşkil edir. Əlbəttə, Orta Asiya, yəni Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan tərəfindən tələbat daima var və hətta artmaqdadır. Qiymət konyukturu Qara dənizə çıxmaq imkanı verir", – deyə Dəyirmançılar İttifaqının idarə heyətinin üzvü Mukan Abdiyev bildirib.

Məlumatda qeyd olunur ki, Kurık limanından keçəcək yeni marşrut Azərbaycan və Gürcüstana taxıl ixracını 10 min tona çatdırmaq imkanı verəcək.

Son xəbərlər

Orphus sistemi