Moskvada daha bir Azərbaycan stendi açılır

Moskvada daha bir Azərbaycan stendi açılır “Azərbaycan nemətləri” adlı stendin təntənəli açılışı keçiriləcək
Biznes
1 Mart , 2021 16:27
Moskvada daha bir Azərbaycan stendi açılır

Martın 5-də Moskva şəhərində “Azərbaycan nemətləri” adlı stendin təntənəli açılışı keçiriləcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, yeni stend “Azərbaycan Ticarət Evi” layihəsi çərçivəsində “Crocus City Mall” AVM-dəki “Tvoi Dom” hipermarketində təşkil olunacaq.

Rusiya paytaxtında “Tvoi Dom” hipermarketlər şəbəkəsində açılacaq sayca üçüncü “Azərbaycan nemətləri” stendləri layihəsi Rusiyaya ixracatın və ixracatçıların dəstəklənməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi