Milli Məclis "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib

Milli Məclis "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan parlamenti “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Biznes
100
29 Dekabr , 2017 13:28
Milli Məclis Sahibkarlıq fəaliyyəti haqqında qanuna dəyişikliyi təsdiqləyib
Report

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan parlamenti “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

“Report”un verdiyi xəbərə görə, dəyişiklik sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədi daşıyır.

Qanuna əlavə edilmiş 4.1 maddəyə görə, sahibkarlıq subyektlərinin bölgüsünə əsasən, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Son xəbərlər

Orphus sistemi