Milli Məclis daha bir beynəlxalq sazişə dəyişiklikləri ratifikasiya edib

Milli Məclis daha bir beynəlxalq sazişə dəyişiklikləri ratifikasiya edib Milli Məclisin bu gün keçirilən plenar iclasında Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə Protokolun təsdiq edilməsi müzakirəyə çıxarılıb.
Biznes
5 May , 2020 13:20
Milli Məclis daha bir beynəlxalq sazişə dəyişiklikləri ratifikasiya edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə" Protokolun təsdiq edilməsi müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə" Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi