Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib

Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib
Biznes
21 aprel 2025 12:43
Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib

Milli Depozit Mərkəzi (MDM) fiziki və hüquqi şəxslər üçün elektron müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması məqsədilə “Elektron müraciət sistemi”ni istifadəyə verib.

"Report" xəbər verir ki, bu barədə MDM məlumat yayıb.

Bu sistem vasitəsilə müraciətlərin daha sürətli və rahat şəkildə reallaşdırılması təmin edilib. Müraciət edənlər “Elektron müraciət sistemi”nə https://e-mdm.gov.az/ link vasitəsilə keçid edə bilərlər. “Elektron müraciət sistemi”ndə təqdim olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş rəqəmsal imza vasitələri tətbiq olunub.

Sistem, eyni zamanda, MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının “Əməliyyat və xidmət effektivliyinin artırılması” hədəfi çərçivəsində rəqəmsallaşma səviyyəsinin artırılması, tam funksional və çevik İT infrastrukturun yaradılması və müştəri mərkəzli yanaşmaya keçid əsasında istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi