Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda Qlobal sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığın inkişafı” adlı konfrans keçirilir.
“Report” xəbər verir ki, 2013-cü ildən etibarən beşinci dəfədir təşkil olunan tədbirin bu dəfə maliyyə dəstəkçisi “USAİD Azerbaijan”, təşkilatçısı isə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondudur.
Konfransın açılışında çıxış edən
“Son illər Azərbaycanda sahibkarlıq sahəsində şəffaflığın artırılması üçün xeyli iş görülür. Buna baxmayaraq, bu gün bir sıra problemlər qalır, o cümlədən yüksək vergilər, məhsul satışı ilə bağlı çətinliklər var. Bütün bunlar sahibkarlığın ümumi inkişafını xeyli ləngidir”, - millət vəkili deyib.
Onun sözlərinə görə, artıq gələn ildən orta və kiçik sahibkarlar üçün vergilərin azalmasını nəzərdə tutan bir sıra qanunların qəbul ediləcəyi gözlənilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Nadir Adilov hazırda qadın sahibkarlığının inkişafına və dəstəyinə xüsusi diqqət yetirdiklərini vurğulayıb: “Belə ki, qadın sahibkarlığını dəstəkləmək üçün Əlaqələndirmə Şurası təşkil etmişik, indi də agentliyimizin nəzdində İctimai Şura yaratmağa doğru gedirik. Bundan əlavə, sahibkarların problemlər və təkliflərini rahat bildirmələri üçün müvafiq elektron platforma da hazırlanır”.

