Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 23 milyard ABŞ dolları təşkil edib.
Biznes
16 Noyabr , 2022 17:25
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 76,8 % çoxdur.

10 aylıq xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 24,15 % artıb.

Son nəticədə xarici ticarətdə 23 milyard 124 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,1 dəfə çoxdur.

“Ölkə Prezidentinin uzaqgörən siyasəti Azərbaycanı bölgə və Avropa üçün dayanıqlı enerji təchizatçısına çevirib, ölkəmizə əhəmiyyətli üstünlüklər, o cümlədən siyasi fiskal iqtisadi dividentlər gətirib. Bu, xüsusilə Cənub Qaz Dəhlizi ilə Gürcüstana, Türkiyəyə və Avropaya “Şahdəniz” qaz yatağından artan həcmlə hasil olunan qazın çatdırılması ilə bağlıdır. Dövlət başçısının tapşırığı ilə ölkəmizin dəyişən dünyada dayanıqlı enerji təchizatçısı rolunun artırılması məqsədi ilə Energetika Nazirliyinin koordinasiyası ilə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istehsal olunan enerjinin Avropa İttifaqına çatdırılması məqsədi ilə mühüm işlər həyata keçirilir. Bütün bu işlər ölkənin xarici ticarət balansında böyük müsbət saldo yaradır”, - deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Son xəbərlər

Orphus sistemi