Mikayıl Cabbarov: “Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyirik”

Mikayıl Cabbarov: “Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyirik” “Azərbaycan Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyir”.
Biznes
10 Sentyabr , 2021 11:34
Mikayıl Cabbarov: “Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyirik”
Mikayıl Cabbarov

“Azərbaycan Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Fondun yaradılmasında məqsəd türkdilli ölkələrdəki iş adamlarına yalnız 3-cü tərəfin vəsaiti hesabına deyil, həm də daxili imkanlar hesabına maliyyə dəstəyinin verilməsidir: “Bu və digər mövzularla bağlı həyata keçirilən işləri dəstəkləyir və alqışlayırıq. Ölkələrimizin iqtisadi potensialı və imkanları ildən-ilə artmaqdadır. Türk İnvestisiya Fondu əməkdaşlığımızın keyfiyyət cəhətdən daha yüksək səviyyəyə qaldırılması və imkanlardan qarşılıqlı fəaliyyətdə istifadə edilməsi üçün əlverişli platformadır".

Son xəbərlər

Orphus sistemi