Mikayıl Cabbarov: "Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verilib"

Mikayıl Cabbarov: "Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verilib" Bu il yanvarın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün sahibkarlara 71,5 milyon manat ödənilib.
Biznes
19 fevral 2024 06:45
Mikayıl Cabbarov: Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verilib
Mikayıl Cabbarov

Bu il yanvarın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün sahibkarlara 71,5 milyon manat ödənilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il davam etdirilib. 31 dekabr 2023-cü il tarixinə kreditin qalıq məbləği 893,4 milyon manat olan 5 071 müraciət üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilib. Dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində 52 milyon manat vəsait verilib", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi