Mikayıl Cabbarov: "Azərbaycan yeni strateji inkişaf mərhələsinə daxil olub"

Mikayıl Cabbarov: "Azərbaycan yeni strateji inkişaf mərhələsinə daxil olub" "Azərbaycan 2022-2030-cu illəri əhatə edəcək yeni strateji inkişaf mərhələsinə daxil olub".
Biznes
10 Noyabr , 2021 12:06
Mikayıl Cabbarov: Azərbaycan yeni strateji inkişaf mərhələsinə daxil olub

"Azərbaycan 2022-2030-cu illəri əhatə edəcək yeni strateji inkişaf mərhələsinə daxil olub".

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

"Ölkənin ərazi bütövlüyünun təmin edilməsi ilə səciyyələnən bu dövrdə qarşımızda iqtisadi artımın daha dayanıqlı rayderlərlə hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin innovasiya yönümlülüyünün, maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin inteqrasiyası kimi yeni vəzifələr durur", - o deyib.

"Bununla bağlı ölkənin 2022-2026-cı illər üzrə yeni inkişaf strategiyasının hazırlanması çərçivəsində növbəti qısamüddətli dövr üçün dövlət büdcəsi zərfinin formalaşdırılması üçün Maliyyə Nazirliyi, digər dövlət qurumları və İqtisadiyyat Nazirliyi arasında müzakirələr keçirilib", - M.Cabbarov əlavə edib.

Son xəbərlər

Orphus sistemi