Mikayıl Cabbarov: "18 innovativ layihənin hər birinə 25 min manat vəsait ayrılıb"

Mikayıl Cabbarov: "18 innovativ layihənin hər birinə 25 min manat vəsait ayrılıb" İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir
Biznes
25 İyul , 2022 14:09
Mikayıl Cabbarov: 18 innovativ layihənin hər birinə 25 min manat vəsait ayrılıb

İnnovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat vəsait ayrılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir: "Bu innovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat vəsait ayrılıb. Təhsil Nazirliyi və SABAH.lab Startap Akselerasiya Mərkəzi tərəfindən keçirilmiş "Baku ID Summer'22" (Bakı İnvestisiya Günü) startapların təşviqi, yerli layihələrin xarici investorlara təqdim edilməsi baxımından önəmlidir".

Son xəbərlər

Orphus sistemi