MİDA yeni avtomobillər alır

MİDA yeni avtomobillər alır Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) avtomobillərin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Biznes
22 Oktyabr , 2020 11:48
MİDA yeni avtomobillər alır

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC 3 ədəd, mühərrikinin həcmi 1,6 – 1,8 L olan sedan (1) və 1 ədəd, mühərrikinin həcmi 2,4 – 3,0 L olan sedan (2) avtomobillərin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Nurgün Motors” və "Auto Azərbaycan" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 75 min manat və 64 min manat, ümumilikdə 139 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi