MİDA yanvarın 25-də həyata keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

MİDA yanvarın 25-də həyata keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb Bakı. 30 yanvar. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyi mənzil seçimi etmiş vətəndaşlar və seçilmiş mənzillər barədə statistik məlumatları açıqlayıb.
Biznes
30 Yanvar , 2019 13:14
MİDA yanvarın 25-də həyata keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyi mənzil seçimi etmiş vətəndaşlar və seçilmiş mənzillər barədə statistik məlumatları açıqlayıb.

“Report”un MİDA-ya istinadən verdiyi xəbərə görə, Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin seçimi 25 yanvar 2019-cu il tarixində uğurla başa çatdırılıb.

“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatlara əsasən bundan 44-ü 1 otaqlı, 92-si 2 otaqlı, 38-i 3 otaqlı mənzillərin payına düşüb.

57 mənzil və ya mənzillərin 33%-i ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, 30 mənzil və ya mənzillərin 17%-i ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər tərəfindən əldə olunub.

Yasamal Yaşayış Kompleksində satışa çıxarılmış 1, 2, 3, 4, 5, 6 və 7 saylı binalarda seçilmiş mənzillərlə bağlı statistik məlumata əsasən “güzəştli mənzil” sistemində 10 242 vətəndaş qeydiyyatdan keçərək elektron kabinetə sahib olub. Satış zamanı mənzil seçimində 5 909 nəfər iştirak edib. 

Son xəbərlər

Orphus sistemi