Metrologiya İnstitutu: "Ali məktəb bitirən gəncləri işə cəlb etməyə çalışırıq"

Metrologiya İnstitutu: "Ali məktəb bitirən gəncləri işə cəlb etməyə çalışırıq" "Hazırda Azərbaycan Metrologiya İnstitutunda əsas məsələlərdən biri yeni kadrların hazırlanması məqsədilə gənclərin işə qəbulu, onların bizim mütəxəssislərlə birgə hazırlanmasıdır". Bunu "Report"a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Antiinhis
Biznes
15 Dekabr , 2021 16:25
Metrologiya İnstitutu: Ali məktəb bitirən gəncləri işə cəlb etməyə çalışırıq

"Hazırda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin Azərbaycan Metrologiya İnstitutunda əsas məsələlərdən biri yeni kadrların hazırlanması məqsədilə gənclərin işə qəbulu, onların bizim mütəxəssislərlə birgə hazırlanmasıdır".

Bunu "Report"a açıqlamasında İnstitutun (Azmi) baş direktorunun müşaviri Elçin Abbasov deyib.

O, bu məsələdə yerli kadrlara üstünlük verildiyini bildirib: "Çalışırıq ki, bizim universitetlərdə yetişən kadrlardan istifadə edək. Bunlar əsasən fizika, kimya, elektronika, radiotexnika, mexanika ixtisaslarını bitirən kadrlardır. Onları cəlb edirik ki, bizim hazır olan mütəxəssislər vasitəsilə onlara təcrübə keçirilsin. Eyni zamanda bizimlə beynəlxalq texniki komitələr arasında daim təcrübə mübadiləsi gedir. Bizdən ora mütəxəssislər dəvət edirlər, həmin komitələrdən də bura mütəxəssislər gəlir və kadr hazırlığı ilə bağlı məsəslələr həll edilir".

"Bizim bütün ilkin kəmiyyət vahidi etalonları 7 laboratoriyada yerləşdirilib. Bunlar kütlə, təzyiq, elektrik, vaxt, tezlik, temperatur və ionlaşdırma şüaları laboratoriyasıdır. İnstitutun müəyyən xidmət işlərini həyata keçirmək üçün ikinci səviyyəli laboratoriyaları da var. Əlavə olaraq respublikada 5 mərkəzimiz var. Orada metroloji laboratoriyalarımız var. Onlar da bizə imkan verir ki, respublika ərazisində xidmət işlərini operativ şəkildə təmin edə bilək", - deyə E.Abbasov əlavə edib.

Son xəbərlər

Orphus sistemi