Metrologiya İnstitutu: "31 sahədə ölçmə cihazları üzrə tanınma şəhadətnaməsi almışıq"

Metrologiya İnstitutu: "31 sahədə ölçmə cihazları üzrə tanınma şəhadətnaməsi almışıq" "Azərbaycan Metrologiya İnstitutu bir çox beynəlxalq səviyyədə vacib olan təşkilatlarla əlaqəli şəkildə işləyir".
Biznes
15 Dekabr , 2021 15:55
Metrologiya İnstitutu: 31 sahədə ölçmə cihazları üzrə tanınma şəhadətnaməsi almışıq
Elçin Abbasov

"Azərbaycan Metrologiya İnstitutu bir çox beynəlxalq səviyyədə vacib olan təşkilatlarla əlaqəli şəkildə işləyir".

Bu barədə "Report"a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (AzMi) Baş direktorunun müşaviri Elçin Abbasov deyib.

E.Abbasov əldə etdikləri beynəlxalq nəticələrdən danışıb:

"Biz Ölçülər və Çəkilər üzrə Baş Konfransın assosiativ üzvü kimi, Beynəlxalq Qanunvericilik Təşkilatının müxbir üzvü kimi, Avrasiya ölkələrinin metroloji qurumlarının əlaqələndirmə təşkilatının həqiqi üzvü kimi fəaliyyət göstəririk. Bunların nəticəsində AzMi-nin ilkin kəmiyyət vahidi etalonlarının tutuşdurulması həyata keçirilib. Bu tutuşdurmalar nəticəsində 31 adda ölçmələr və kalibrlənmə ilə bağlı aldığımız nəticələr Çəkilər və Ölçülər üzə Baş Konfransın xüsusi saytında yerləşdirilib. Bu o deməkdir ki, bu ölçmələr üzrə məlumatlar dünyanın bütün ölkələrinə məlumdur".

"Burada olan cihazlar ən müasir cihazlardır. Bunların beynəlxalq standartlara adekvatlığı onunla təyin edilir ki, biz Avropa ölkələri ilə bərabər səviyyədə tutuşdurmalara gedirik. Bu tutuşdurmalarda nəticə əldə edib qeydiyyata düşmüşük və nəticədə bizə Avropa ölkələri tərəfindən 31 sahədə ölçmə cihazları üzrə tanınma şəhadətnaməsi verilib", - deyə E.Abbasov əlavə edib.

Son xəbərlər

Orphus sistemi