METAK yenidən nüfuzlu beynəlxalq mükafatın qalibi oldu

METAK yenidən nüfuzlu beynəlxalq mükafatın qalibi oldu “Deloitte” audit şirkətinin təşkilatçılığı ilə artıq II dəfədir ki, ölkəmizdə keçirilən beynəlxalq nüfuzlu “Best Managed Companies Azerbaijan 2023” müsabiqəsi başa çatıb.
Biznes
9 İyun , 2023 10:00
METAK yenidən nüfuzlu beynəlxalq mükafatın qalibi oldu

“Deloitte” audit şirkətinin təşkilatçılığı ilə artıq II dəfədir ki, ölkəmizdə keçirilən beynəlxalq nüfuzlu “Best Managed Companies Azerbaijan 2023” müsabiqəsi başa çatıb.

METAK şirkəti bu il də müsabiqənin qalibi seçilib.

Bu layihənin əsas meyarları olan “Strategiyanın uyğunlaşdırılması və həyata keçirilməsi”, “İnsan kapitalının inkişafı”, “İnsan kapitalının cəlb edilməsi, liderlik” və “Maliyyə idarə edilməsi” prinsiplərinin METAK-ın fəaliyyətində ən yüksək səviyyədə təşkil edildiyi qeyd edilib. Biznes aləmində nüfuzlu və müstəqil təyin etdiyi münsiflər heyəti şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyalarını və biznesə dayanıqlı inkişafını əsas götürürlər.

METAK 1993-cü ildən 37 ölkədə uğurla keçirilən "Best Managed Companies" müsabiqəsini artıq II dəfədir ki, qazanır. Bu layihə ölkəmizdə şirkətlərin fəaliyyətini müxtəlif prizmadan nəzərdən keçirən və onları qiymətləndirən yeganə müsabiqədir.

Son xəbərlər

Orphus sistemi