Meşədən əldə edilmiş işlik oduncaq ilk dəfə açıq hərraca çıxarılıb

Meşədən əldə edilmiş işlik oduncaq ilk dəfə açıq hərraca çıxarılıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidməti ilə birlikdə meşə təsərrüfatlarından əldə edilmiş işlik oduncağın s
Biznes
6 Avqust , 2022 11:29
Meşədən əldə edilmiş işlik oduncaq ilk dəfə açıq hərraca çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidməti ilə birlikdə meşə təsərrüfatlarından əldə edilmiş işlik oduncağın satışı məqsədilə ilk dəfə açıq hərrac keçirib.

"Report" bu barədə ETSN-yə istinadən xəbər verir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hərracda iştirak üçün 8 nəfər ilkin ödəniş edərək müraciət edib. Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında formalaşmış ümumilikdə 524 kubmetr müxtəlif cinsli işlik oduncaq materialı satışa çıxarılıb, bunun 400 kubmetri satılıb.

Növbəti hərraclar barədə yaxın günlərdə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi