“Mercedes-Benz” Braziliyadakı zavodunu bağlayacaq

“Mercedes-Benz” Braziliyadakı zavodunu bağlayacaq Zavodda 370 nəfər çalışır və “C-class” və GLA modelləri istehsal olunur.
Biznes
21 Dekabr , 2020 13:03
“Mercedes-Benz” Braziliyadakı zavodunu bağlayacaq

Almaniyanın “Mercedes-Benz” şirkəti koronavirus pandemiyasının avtomobil bazarının premium seqmentini daha da pisləşdirdiyindən Braziliyada minik avtomobili istehsal edən zavodunu bağlamaq niyyətindədir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, San Paulu ştatının İrasemapolis şəhərində yerləşən zavod 2016-cı ilin martında istifadəyə verilib. Zavodda “C-class” və GLA modelləri istehsal edilir.

Şirkətdən bildirilib ki, zavodda işlərin artıq bu il yekunlaşdırılması planlaşdırılır. Müəssisədə 370 nəfər işçi çalışır.

Bununla belə, “Mercedes-Benz” San Bernardu du Kampu (San Paulu ştatı) və Juis de Foradakı (Minas Jerais ştatı) zavodlarında yük maşınları və avtobus istehsalını davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi