Məmməd Abbasbəyli: "Təsərrüfat subyektləri istehlakçılara 318 min manat geri qaytarıb"

Məmməd Abbasbəyli: "Təsərrüfat subyektləri istehlakçılara 318 min manat geri qaytarıb" Ötən il Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisae və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 5 570 müraciətə baxılıb və bunlardan 2 260 müraciət təmin olu
Biznes
31 yanvar 2023 08:14
Məmməd Abbasbəyli: Təsərrüfat subyektləri istehlakçılara 318 min manat geri qaytarıb
Məmməd Abbasbəyli

Ötən il Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 5 570 müraciətə baxılıb və bunlardan 2 260 müraciət təmin olunub.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Nəticədə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib. Daxil olmuş vətəndaş müraciətinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 12 hüquqi, 3 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib", - M.Abbasbəyli əlavə edib.

Son xəbərlər

Orphus sistemi