Azərbaycanda Rəqabət Məcəlləsi III oxunuşda da qəbul ediləndən və qüvvəyə minəndən sonra rəqabətin təmin olunması istiqamətində kifayət qədər məsuliyyətli addımlar atılacağına böyük ümid var.
Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
"Məcəllə ilə bağlı həm sahibkarlar, həm jurnalistlər, həm də deputatlarla müzakirə aparılıb, kifayət qədər ictimai müzakirələr olub, maraqlı tərəflərin bütün suallarına cavab verilib. Modern, mütərəqqi bir qanunvericilikdir, 3 qanunun birləşməsi əsasında hazırlanmış, bugünkü iqtisadi münasibətlərin düzgün tənzimlənməsinə ən vacib və praktiki alətləri özündə ehtiva edən qanun toplusudur”, - deyə o qeyd edib.