Məmməd Abbasbəyli: "Dövlət satınalmalarında sahibkarların payı 95 %-ə çatıb"

Məmməd Abbasbəyli: "Dövlət satınalmalarında sahibkarların payı 95 %-ə çatıb" Ötən il dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 95 %-ə çatıb.
Biznes
31 yanvar 2023 10:14
Məmməd Abbasbəyli: Dövlət satınalmalarında sahibkarların payı 95 %-ə çatıb
Məmməd Abbasbəyli

Ötən il dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 95 %-ə çatıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2022-ci ildə dövlət satınalmaları 6 milyard 772,1 milyon manat civarında olub ki, bu da 2021-ci illə müqayisədə 12,8 % artım deməkdir.


"Hesabat dövründə müsabiqə əsaslı satınalmaların payı 70 %-dən çox artıb və 4 milyard 500,8 milyon manat olub. Elektron satınalmaların həcmi 1 milyard 272,1 milyon manat, bazar payı isə 18,8 % təşkil edib.",- deyə M.Abbasbəyli bildirib.

Son xəbərlər

Orphus sistemi