Azərbaycanda iqtisadi dayanıqlığı təmin etməyin yeganə yolu yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasıdır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Təchizat Zənciri Liderləri Zirvəsində deyib.
O bildirib ki, rəqabət mühitini formalaşdırmaqla sahibkarlığı təşviq etmək mümkündür: "Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar atıb. Belə ki, ölkəmizdə Rəqabət Məcəlləsi qəbul edilib, biznes mühitinin təkmilləşdirilməsi, şəffaflıq istiqamətində mühüm addımlar atılır. Azərbaycan iqtisadiyyatını dünya səviyyəli iqtisadiyyata çevirmək, kiçik şirkətlərin böyük şirkətlərə çatmasını təmin etmək üçün rəqabət mühüm amildir".