Mədəniyyət və Turizm Nazirliyi reklam-çap məhsulların alınması üçün tender keçirir

Mədəniyyət və Turizm Nazirliyi reklam-çap məhsulların alınması üçün tender keçirir İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri martın 15-i saat 16:00-a qədər təqdim etməlidirlər
Biznes
1949
9 Fevral , 2017 20:00
Mədəniyyət və Turizm Nazirliyi reklam-çap məhsulların alınması üçün tender keçirir

Bakı. 9 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm potensialını təbliğ edən müxtəlif mövzularda və dillərdə reklam-çap məhsullarının (kitabça-nəşr) və xidmətlərin satın alınması ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender 2 lot üzrə keçirilir. Lot-1 - Azərbaycanın mətbəx ənənələrini təbliğ edən kitabçaların (rus, ingilis və ərəb dillərində), daxili və xarici turizmin təbliği məqsədilə Azərbaycanın regionlarının təbliğinə həsr olunan turist xəritələrinin (Azərbaycan, rus və ingilis dilində izahlı), Azərbaycanı ilboyu, aktiv və mədəni turizm destinasiyası kimi təbliğ edən müxtəlif adda və çeşiddə kitabçaların alınması (rus və ingilis dillərində). Lot-2 – Azərbaycanda xalçaçılıq ənənələri (ingilis və ərəb dillərində), ovçuluq və balıqçılıq turizm fəaliyyətləri (ərəb), turistlər üçün zəruri məlumatları əks etdirən kitabçaların (ərəb və ingilis dillərində), Böyük İpək Yolu və Qarabağ barədə kitabçaların (ingilis dilində), Azərbaycan, eləcə də Bakı haqqında turist xəritələrinin satın alınması (ingilis dilində izahlı).

İştirakçılar tenderdə iştirak etmək üçün hər lot üzrə 100 manat ödəməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri martın 15-i saat 16:00-a qədər Mədəniyyət və Turizm Nazirliyinə (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 40, Hökumət Evi, 5-ci giriş qapısı, 2-ci mərtəbə) təqdim etməlidirlər.

İddiaçıların təklifləri martın 31 saat 17:00-da yuxarıda qeyd edilən ünvanda açılacaq.  

Son xəbərlər

Orphus sistemi