“McDonald’s Azerbaijan” Sumqayıtdakı internata 15 000 manat ianə edib

“McDonald’s Azerbaijan” Sumqayıtdakı internata 15 000 manat ianə edib “McDonald’s Azerbaijan” şirkəti insanlara fayda vermək və dünyanı bir qədər yaxşılaşdırmaq məqsədi güdən xeyriyyə aksiyaları həyata keçirməkdə davam edir
Biznes
19 Mart , 2021 12:30
“McDonald’s Azerbaijan” Sumqayıtdakı internata 15 000 manat ianə edib

“McDonald’s Azerbaijan” şirkəti insanlara fayda vermək və dünyanı bir qədər yaxşılaşdırmaq məqsədi güdən xeyriyyə aksiyaları həyata keçirməkdə davam edir.

Novruz bayramı öncəsi şirkət nümayəndələri Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyaya baş çəkib və internata 15000 manat məbləğində sertifikat təqdim edib. Bu məbləğ internatın təxirəsalınmaz ehtiyaclarına xərclənəcək.

“McDonald's”ın təmsil olunduğu bütün şəhərlərdə biz yaxşı qonşu kimi fəaliyyət göstərir, cəmiyyət və ətraf-mühitə qayğı göstəririk. Bu ilin mart ayının əvvəllərində Sumqayıt şəhərində ilk “McDonald's” restoranını açmaqla şəhərdə infrastrukturun inkişafının bir parçası olmaqdan, həmçinin cəmiyyətin daha həssas təbəqələrinə dəstək verilməsində iştirak etməkdən məmnunluq hissi keçiririk”, - şirkətdən bildiriblər.

Xeyriyyə aksiyalarının keçirilməsi korporativ sosial məsuliyyət məsələlərinə böyük diqqət ayıran “McDonald’s Azerbaijan” şirkətinin siyasətinin bir parçasıdır.

20 il ərzində uşaq evlərinə, tibbi yardım fondlarına, idman tədbirlərinə yardımla əlaqədar çoxsaylı aksiyalar həyata keçirmiş şirkət bundan sonra da xeyriyyə işləri ilə məşğul olmaqda davam etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi