İlon Mask: “Mançester Yunayted”i almıram, bu bir zarafat idi” - YENİLƏNİB

İlon Mask: “Mançester Yunayted”i almıram, bu bir zarafat idi” - YENİLƏNİB “Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın aldığını açıqlayıb.
Biznes
17 Avqust , 2022 09:35
İlon Mask: “Mançester Yunayted”i almıram, bu bir zarafat idi” - YENİLƏNİB
İlon Mask

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın alması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. Milyarder bunun sadəcə zarafat olduğunu vurğulayıb.

Qeyd edək ki, İlon Mask daha əvvəl "Mançester Yunayted"i satın aldığını bildirmiş və bu barədə daha ətraflı məlumat verməmişdi.

07:03

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın aldığını açıqlayıb.

Bu barədə “Report” İlon Maskın tviter səhifəsinə istinadən xəbər verir.

"Aydın olmaq üçün: mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, "Mançester Yunayted"i satın alıram, xoş gəlmisiniz", - İlon Mask sosial şəbəkə hesabında yazıb.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.

“Mançester Yunayted” 1878-ci ildə qurulub. Bu, İngiltərənin titulların sayına görə ən uğurlu klublarından biridir. Əvvəllər “Forbes” bütün aktivləri ilə birlikdə klubun dəyərini 4,6 milyard ABŞ dolları qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi