Bakı. 26 aprel. REPORT.AZ/ "Biz istehsalımızı qorumalıyıq və tarifləri artıracağıqsa, bunun ticarətimizə hansı formada təsir edəcəyinə baxmalıyıq".
“Report” xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) prezidenti Mario Draqi (Mario Draghi) ABŞ-la Avropa İttifaqı arasında alüminium ticarəti ilə bağlı yaranmış narazılığa münasibət bildirərkən deyib.
Onun fikrincə, qiymət artımı ilə bağlı qərar ticarətdə etibarlılığa təsir edə bilər, bu isə inkişaf proqnozuna da təsirsiz ötüşməz: “Baxmaq lazmdır ki, bizim inflyasiya göstəricilərimiz hansı istiqamətə dəyişir”.