Macarıstandan Azərbaycana təyyarə reysi təxirə salındı, həmvətənlərimiz çətin vəziyyətlə üzləşdi - FOTO

Macarıstandan Azərbaycana təyyarə reysi təxirə salındı, həmvətənlərimiz çətin vəziyyətlə üzləşdi - FOTO Macarıstandan Azərbaycana təyyarə reysi gözlənilmədən təxirə salınıb.
Biznes
16 Mart , 2020 04:39
Macarıstandan Azərbaycana təyyarə reysi təxirə salındı, həmvətənlərimiz çətin vəziyyətlə üzləşdi - FOTO
0 : 00
0 : 00

Macarıstandan Azərbaycana təyyarə reysi gözlənilmədən təxirə salınıb.

“Report” xəbər verir ki, yerli vaxtla saat 23:45-də Bakıya W6 2499 reysi ilə uçuş planlaşdırılıb. Amma uçuşa 3 saat qalmış reys təxirə salınıb.

Nəticədə 50 nəfərə yaxın azərbaycanlı vətənə dönə bilməyib. Onlar bir sıra ciddi çətinliklərlə üzləşiblər. Azərbaycanın Macarıstandakı səfirliyinin Emil adlı əməkdaşı hava limanına gəlib. Məlum olub ki, aviaşirkət yalnız biletlərin pullarını geri qaytarır. 

Hazırda Avropada qalan azərbaycanlıların aqibəti bəlli deyil.

Çətin vəziyyətdə qalan soydaşlarımız konsulla görüşü tələb edib. Lakin səfirliyin nümayəndəsi problemi aradan qaldıracağına söz verib. O, vəd verib ki, sabah özü problemi həll etməyə çalışacaq.  

Son xəbərlər

Orphus sistemi