​Lənkəranda sahibkarlar üçün treninq keçirilib

​Lənkəranda sahibkarlar üçün treninq keçirilib Treninqdə "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Marketinq" və s. mövzular müzakirə olunub
Biznes
25 Sentyabr , 2014 17:44
​Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Lənkəranda Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. Bu barədə “Report”a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Biznes planların və investisiya layihələrinin hazırlanması", "Marketinq" və s. mövzularda təşkil edilən treninqdə iştirakçılara biznes-planın tərtib edilməsi metodikası, marketinq, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə geniş məlumat verilib.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin qəbulu və maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində tematik mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Son xəbərlər

Orphus sistemi