“Lufthansa” uçuşlarının 50%-ni ixtisar edəcək

“Lufthansa” uçuşlarının 50%-ni ixtisar edəcək Almaniyanın “Lufthansa” aviaşirkəti koronavirusun (Covid 19) yayılması, rezervasiyaların azalması, həmçinin çox sayda uçuşun ləğv edilməsi ilə fövqəladə vəziyyət yaşadıqlarını açıqlayıb.
Biznes
7 mart 2020 06:42
“Lufthansa” uçuşlarının 50%-ni ixtisar edəcək

Almaniyanın “Lufthansa” aviaşirkəti koronavirusun (Covid 19) yayılması, rezervasiyaların azalması, həmçinin çox sayda uçuşun ləğv edilməsi ilə fövqəladə vəziyyət yaşadıqlarını açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkət tələbin azalması ilə uçuşlarını 50%-ə qədər azaldacağını açıqlayıb.

Qeyd edək ki, bu qərar “Lufthansa”nın törəmə şirkətlərinə də şamil ediləcək. 

Bundan başqa, şirkət satınalmaların dayandırıldığını, işçiləri pulsuz məzuniyyət və illik məzuniyyətlərdən istifadə etmələrini tövsiyə olunduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi