“Lufthansa” bu gün Tehrana aviareysləri bərpa edəcək

“Lufthansa” bu gün Tehrana aviareysləri bərpa edəcək Almaniyanın “Lufthansa” aviaşirkəti bu gündən Frankfurt-Tehran aviareyslərini bərpa edəcək.
Biznes
9 Yanvar , 2020 10:16
“Lufthansa” bu gün Tehrana aviareysləri bərpa edəcək

Almaniyanın “Lufthansa” aviaşirkəti bu gündən Frankfurt-Tehran aviareyslərini bərpa edəcək. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, İran paytaxtının hava limanı artıq işini bərpa edib və ərazidə təhlükəsizliklə bağlı heç bir məhdudiyyət yoxdur. 

Xatırladaq ki, “Lufthansa” Tehrana uçuşları ötən gün səhər saatlarında aeroportda baş vermiş qəzadan sonra dayandırdığını elan etmişdi. "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra dünyanın əsas aviaşirkətləri İranın və İraqın hava məkanından imtina edib. 

Son xəbərlər

Orphus sistemi